İlham Əliyev Rusiyanın “Rosneft” dövlət şirkətinin prezidentini qəbul edib

20 oktyabr 2014, 17:55
İlham Əliyev Rusiyanın “Rosneft” dövlət şirkətinin prezidentini qəbul edib

Prezident İlham Əliyev Rusiya Federasiyasının “Rosneft” Dövlət Neft Şirkətinin prezidenti İqor Seçini qəbul edib.

Görüşdə “Rosneft” və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən həm Azərbaycanda, həm də Rusiyada həyata keçirilən birgə layihələr barədə məlumat verildi, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər müzakirə edildi.