İlham Əliyev Estoniyanın keçmiş Prezidenti Arnold Rüüteli qəbul edib

01 oktyabr 2014, 13:40
İlham Əliyev Estoniyanın keçmiş Prezidenti Arnold Rüüteli  qəbul edib

Prezident İlham Əliyev Estoniyanın keçmiş Prezidenti Arnold Rüüteli qəbul edib.

Dövlətimizin başçısı Bakıda keçiriləcək Beynəlxalq Humanitar Forumun yaxşı ənənə halı aldığını və tədbirə marağın ildən-ilə artdığını qeyd etdi. Prezident İlham Əliyev bu il Forumda dünyanın 60 ölkəsindən dövlət xadimlərindən və alimlərdən ibarət çoxlu nümayəndə heyətinin iştirak edəcəyini vurğulayaraq Bakı Humanitar Forumunun artıq mühüm beynəlxalq hadisəyə çevrildiyini dedi.

Bakı Beynəlxalq Humanitar Forumuna dəvətə görə minnətdarlığını bildirən Estoniyanın keçmiş Prezidenti Arnold Rüütel tədbirin dünyanın müxtəlif ölkələrinin və xalqlarının geniş dairəsini əhatə etməsinin önəmini vurğuladı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Forumun hər il yüksək səviyyədə təşkil olunmasından məmnunluğunu ifadə edən qonaq tədbirin mühüm əhəmiyyət daşıdığını dedi.