26 aprel 2024, 18:04

Məhəbbət Ağayevdən, Lerik, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Qarabağı düşməndən azad etdiniz, xalqımız bu Zəfərə sevindi, şad oldu. Milyonlarla insanın üzü güldü, ürəyi fərəhləndi.

Azərbaycanın Qazax rayonunun 4 kəndini də ermənilərdən geri aldınız. Ermənistan “dəmir yumruğ”un gücünü, qüvvəsini və təsirini bir daha gördü. Xalqımız yenə sevinir. Siz Azərbaycana və müqəddəs torpaqlarımıza xoş günlər gətirdiniz, qədəm basdığınız yerlər gülüstana çevrilir.

Hörmətli Prezident İlham Əliyev, Sizə, Mehriban xanıma və övladlarınıza dünyalar qədər cansağlığı, uzun ömür, xoşbəxtlik, ailə səadəti arzulayıram.

Hörmətlə,

Məhəbbət Ağayev,

Fermer.

Azərbaycan Respublikası, Lerik rayonu, Noda kəndi.