26 aprel 2024, 15:20

Ayan Nəbizadədən, Bakı, Azərbaycan

Əziz və hörmətli cənab İlham Əliyev.

Mənim adım Ayandır. Mən, Sizin təhsil aldığınız 6 nömrəli məktəbdə 3-cü sinifdə oxuyuram.

Mən hər zaman Sizi xəbərlərdə izləyirəm. Sizi o qədər çox sevirik ki...

Siz çox gözəl insansınız. Bizim torpaqlarımızı geri qaytardınız. Mən və ailə üzvlərim müharibə vaxtı Sizə və əsgərlərimizə çoxlu dualar edirdik.

Allah Sizi qorusun. Nə yaxşı ki, bizim Sizin kimi Prezidentimiz var. Sizi çox sevirik.

Hörmətlə,

Ayan Nəbizadə, şagird.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.