26 aprel 2024, 19:00

Günel Sultanovadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycanın istiqlaliyyət tarixinin izlərini özündə qoruyub saxlayan Gəncəmiz hər zaman Sizin diqqət və qayğınızla əhatə olunub. Şəhərdə böyük yenidənqurma işləri aparılsa da tarixi incilər qorunub saxlanılır.

Ölkəmizin ikinci böyük şəhəri Gəncədə gözümüzün qarşısında aparılan genişmiqyaslı abadlıq, quruculuq və yenidənqurma işləri hər bir gəncəlini ürəkdən sevindirir. Belə bir şəhərdə yaşadığımız üçün qürurluyuq.

Cənab Prezident, Gəncə şəhərində aparılan abadlıq və quruculuq işlərinə görə şəhərimizin sakinləri adından Sizə səmimi-qəlbdən təşəkkür edirəm.

Hörmətlə,

Sultanova Günel Mehman qızı.

Azərbaycan Respublikası, Gəncə şəhəri.