26 aprel 2024, 18:31

Elşad Məmmədovdan, Gəncə, Azərbaycan

Çox hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı kimi Sizin apardığınız məqsədyönlü siyasətin nəticəsində Azərbaycan Cənubi Qafqazın lider ölkəsinə çevrilib, dünyanın qüdrətli dövlətlərindən biridir. Sizin müdrik siyasətiniz, məharətli diplomatiyanız nəticəsində torpaqlarımız işğaldan azad olundu. Qazax rayonunun dörd kəndinin Azərbaycana qaytarılması ilə bağlı razılaşma Sizin və ölkəmizin növbəti qələbəsidir. Bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi uğurlarımızın davamıdır.

Möhtərəm cənab Prezident, ölkəmizin inkişafında, xalqımızın xoşbəxt gələcəyi, işıqlı sabahı naminə fəaliyyətinizdə Sizə böyük uğurlar, möhkəm cansağlığı, yeni-yeni qələbələr arzu edirəm.

Dərin hörmətlə,

Məmmədov Elşad.

Azərbaycan Respublikası, Gəncə şəhəri.