26 aprel 2024, 17:34

Əbdülrəhman Kazımov, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Yaz fəsli Gəncədə daha gözəl, füsunkar olur. Sizin tapşırıq və sərəncamlarınıza əsasən, gözəlləşən şəhərimizdə hansı səmtə baxırsansa insanlarda xoş ovqat yaradan, yaşıl dona bürünən parklar, bir-birindən gözəl, təmirli küçələr, uşaqlar üçün quraşdırılmış müasir tipli idman qurğuları diqqəti cəlb edir.

Şəhərimizin ərazisində ekoloji tarazlığı qorumaq, insanların sağlamlığının qayğısına qalmaq üçün təqdirəlayiq işlər həyata keçirilir. Şəhər sakinləri onların istirahəti, rahat yaşayışı üçün əlverişli şərait yaradıldığı üçün Sizin ünvanınıza xoş sözlər deyirlər.

Hörmətli cənab Prezident, Gəncə şəhərinin müasirləşməsi və gözəlləşməsi istiqamətində gördüyünüz işlərə görə Sizə dərin təşəkkürümü bildirirəm.

Hörmətlə,

Kazımov Əbdülrəhman.

Azərbaycan Respublikası, Gəncə şəhəri.