26 aprel 2024, 14:19

Mahir Məmmədovdan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin regionlara mütəmadi səfərləriniz bölgələrimizə yeni nəfəs verir, onların inkişafını daha da sürətləndirir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları uğurla icra olunur. Gəncə şəhəri də görülən abadlıq-quruculuq işlərinə görə ön sıralarda dayanır. Bütün bunlar vətəndaşlarımız tərəfindən çox yüksək qiymətləndirilir. Şəhərimizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Cənab Prezident, Sizə həyatın şirin neməti olan cansağlığı, işlərinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Məmmədov Mahir Amin oğlu.

Azərbaycan Respublikası, Gəncə şəhəri.