23 aprel 2024, 12:36

Nicat Qurbanovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycan öz tarixinin növbəti şanlı günlərini yaşayır. Sizin rəhbərliyinizlə Azərbaycan Ordusu, Azərbaycan xalqı ən vacib sahələrdə möhtəşəm zəfərlərə imza atır. İqtisadiyyatımız sürətlə inkişaf edir, Ordumuz düşmənə qalib gəldi, siyasi və diplomatik gedişlər öz bəhrəsini verir. Uğurlarımız təqdir edilir, nümunəvi xarakter alıb.

Səmərəli danışıqlar və diplomatiya sayəsində Qazaxın dörd kəndinin geri qaytarılması barədə razılıq əldə olunması növbəti uğurumuzdur. Bu uğur həm də, bir çox dövlətlər üçün çox gözəl nümunədir. Onu göstərir ki, mübahisəli məsələləri diplomatiya yolu ilə həll etmək mümkündür.

Cənab Prezident, Siz öz qətiyyətinizlə, “dəmir yumruğ”unuzla bərabər, humanist və sülhsevər olduğunuzu da göstərirsiniz. Uğurlarınız bol, həyatınız daim firavan olsun.

Hörmətlə,

Nicat Qurbanov

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.