23 aprel 2024, 17:36

Rauf Ağakişiyevdən, Sumqayıt, Azərbaycan

Cənab Prezident, Müzəffər Ali Baş Komandan, Azərbaycan xalqının qeyrətli Oğlu, Ulu Öndərimiz Heydər Əliyevin yadigarı.

Allah Sizi qorusun. Siz böyük işlər görürsünüz. Siz Azərbaycanın gələcək xoşbəxtliyi üçün çox işlər görürsünüz. Siyasətiniz, uzaqgörənliyiniz, həqiqətən də, Azərbaycanın xoşbəxtliyidir.

Tarixdə elə hökmdar, dövlət başçısı tanımıram və haqqında oxumamışam ki, torpaqlarını öz zəkası, müdrikliyi hesabına düşməndən azad etsin. Amma bu gün o dövlət başçısı Sizsiniz.

Var olun, cənab Prezident. Allah Sizi bu xalqa çox görməsin. Amin.

Hörmətlə,

Ağakişiyev Rauf.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.