23 aprel 2024, 15:15

Röyal Rəhimoğludan, Lənkəran, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin Azərbaycan dövləti və xalqı üçün gördüyünüz işlərin nəticələridir ki, saysız-hesabsız nailiyyətlər qazanmışıq və bu gün də qazanmaqda davam edirik. Sizin müdrik rəhbərliyinizlə ölkəmizin əldə etdiyi zəfərlər xalqımıza böyük sevinc yaşadır. Siz Müzəffər Ali Baş Komandan kimi əzmkarlığınız, möhkəm iradəniz, uzaqgörənliyiniz sayəsində torpaqlarımızı işğaldan azad etdiniz, xalqımızı dünyaya qalib, qürurlu, məğlubedilməz xalq kimi tanıtdınız, dövlətimizin gücünü, qüdrətini nümayiş etdirdiniz. Sizə sonsuz minnətdarlığımızı bildiririk, əziz Prezidentimiz. Biz çox xoşbəxtik ki, Sizin kimi Vətənini sevən, xalqının qayğısına qalan cəsarətli, qətiyyətli Liderimiz var.

Cənab Prezident, mən Sizinlə və Ulu Öndərimiz Heydər Əliyevlə bağlı şeirlər yazıram. Ulu Öndərimizin və Sizin ölkəmiz, xalqımız üçün etdiyiniz fədakarlıqlar heç zaman unudulmayacaq. Uca Allahdan Ümummilli Liderimizə rəhmət, Sizə möhkəm cansağlığı diləyirəm.

Hörmətlə,

Röyal Rəhimoğlu.

Azərbaycan Respublikası, Lənkəran rayonu, Şağlaser kəndi.