23 aprel 2024, 15:45

Əlövsət Baxşıyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Dünyada gərgin vəziyyətin davam etdiyi bir vaxtda Siz Azərbaycana möhtəşəm nailiyyətlər, qələbələr qazandırırsınız. Sizin yüksək idarəçilik məharətiniz, geniş dünyagörüşünüz, qətiyyətiniz, milli maraqlara söykənən uğurlu daxili və xarici siyasətiniz sayəsində ölkəmizdə sabitlik, əmin-amanlıq hökm sürür, xalqımız firavan həyat yaşayır. Azərbaycanın sürətli inkişafı, beynəlxalq miqyasda nüfuzunun yüksəlməsi ilə bağlı həyata keçirdiyiniz mühüm işlərə görə Sizə və bu işlərdə böyük əməyi olan Mehriban xanıma təşəkkür edirik.

Cənab Prezident, Azərbaycan xalqı Sizin ətrafınızda sıx birləşib, ölkəmizin daha da qüdrətlənməsi, əhalinin rifahının artması naminə yürütdüyünüz siyasəti dəstəkləyir. Sizə inamımız sonsuzdur. Sizinlə qürur duyuruq. Əminik ki, Siz yeni-yeni zəfərlərlə xalqımızı daim sevindirəcəksiniz. Sizə möhkəm cansağlığı, respublikamızın daha parlaq gələcəyi üçün bundan sonra görəcəyiniz işlərdə nailiyyətlər arzulayırıq.

Hörmətlə,

Əlövsət Qəzənfər oğlu Baxşıyev.

Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.