23 aprel 2024, 12:05

Vüsal Hüseynovdan, Göyçay, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin uğurlu siyasətiniz və müdrik diplomatiyanız nəticəsində Qazax rayonunun dörd kəndinin Azərbaycana geri qaytarılması barədə razılıq əldə olunmuşdur.

Tarixdə çox nadir hallarda dövlət rəhbəri diplomatik yolla torpaq geri qaytarmışdır. Siz həmin dövlət rəhbərlərindənsiniz. Güclü siyasi keyfiyyətlər çox az siyasətçidə tapılır və biz qürur duyuruq ki, Sizin kimi Vətənini, yurdunu sevən müdrik Prezidentimiz var.

Möhtərəm cənab Prezident, bu sevinci bizə yaşatdığınız üçün Sizə çox təşəkkür edirəm. Çox sağ olun.

Hörmətlə,

Hüseynov Vüsal.

Azərbaycan Respublikası, Göyçay şəhəri.