23 aprel 2024, 11:04

Emin Carçıyevdən, Abşeron, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Öncə, Sizi öz adımdan, ailəmin hər bir üzvi adından və Azərbaycan gəncliyi adından qazandığımız Zəfər münasibəti ilə təbrik edirəm, bizə yaşatdığınız bu sevinc, qürur hissi üçün minnətdarlığımı bildirirəm.

Tarixdə çox sərkərdələr, fatehlər, liderlər olub, lakin Sizin kimi şəxsiyyəti tarix min ildə bir yetirir. Sizin yürütdüyünüz siyasət nəticəsində bir güllə atmadan əldə edilmiş qalibiyyət dünya ölkələri üçün nümunədir, bir məktəbdir. Siz öz işlərinizlə xalqınıza olan qayğınızı, diqqətinizi hər dəfəsində göstərirsiniz. Azərbaycanın qüdrətli Ordusu olduğu halda, yenə də öz xalqınızı düşünərək, xalqınızı qoruyaraq, müharibə etmədən, siyasətlə əldə etdiyiniz mütləq Qələbə bizi qürurlandırdı, sevindirdi. Əldə edilən qələbələrimizlə Azərbaycanın adını ən yeni tarixə qızıl hərflərlə məhz Siz yazdınız. Azərbaycanın regionda və dünyada qüdrətli, söz sahibi olan dövlət olmasına Siz nail oldunuz. Biz fəxr edirik ki, Sizin kimi dahi, uzaqgörən, güclü rəhbərimiz var.

Bu gün dünyanın bir çox yerində hələ də həllini tapmayan münaqişələr var, müharibələr gedir. Biz şanslı xalqıq. Çünki Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan İlham Əliyev kimi rəhbərimiz var. Biz gənclər, Azərbaycan xalqı hər daim Sizinləyik. Sizin ətrafınızda sıx yumruq olaraq birləşmişik. Sizinlə fəxr edirik.

Bir daha Sizə, qazi oğlu, fəal gənc və bir vətəndaş olaraq minnətdarlığımı bildirirəm, Sizə cansağlığı, yorulmaz fəaliyyət, işlərinizdə daim uğurlar arzu edirəm.

Tanrı Sizi, xalqımızı, dövlətimizi qorusun.

Hörmətlə,

Carçıyev Emin Mehman oğlu.

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.