17 aprel 2024, 16:04

Fərid Şərifovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən qazi övladıyam. Bu gün Sizin rəhbərliyinizlə dövlətimiz tərəfindən şəhid ailələrinə, müharibə əlillərinə xüsusi diqqət və qayğı göstərilir. Bir qazi oğlu olaraq mən də bunu hiss edirəm. Problemlərimizin operativ həll olunması bunun əyani göstəricisidir.

Atalarımızın uğrunda vuruşduğu Qarabağın indi intibah dövrüdür. Həm sürətli quruculuq, bərpa işlərinin həyata keçirilməsi, Böyük Qayıdışın başlanması, həm də ali təhsil müəssisəsinin yaradılması və digər işlərin görülməsi bunu deməyə əsas verir. Cənnət adlandırdığımız Qarabağ, eləcə də Şərqi Zəngəzur Sizin sayənizdə yenidən gülüstana çevrilir, gözəlliyi ilə insanları özünə cəlb edir.

Cənab Prezident, bütün bunlara görə Sizə və Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm.

Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Şərifov Fərid Şərif oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.