17 aprel 2024, 14:00

Vidadi Quliyevdən, Naftalan, Azərbaycan

Möhtərəm cənab Prezident!

Sizin müdrik siyasətiniz dövlətimizə və xalqımıza qələbələr, zəfərlər, uğurlar bəxş edir. Hər bir azərbaycanlı kimi, naftalanlılar da Sizinlə qürur duyur.

Respublikamızın bütün bölgələri kimi, beynəlxalq turizm mərkəzi olan şəhərimizin də inkişafına göstərdiyiniz diqqətə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Fürsətdən istifadə edərək, növbədənkənar prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizi təbrik edir, Allahdan Sizə uzun ömür, möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.

Tanrı Sizi və ailənizi qorusun!

Hörmətlə,

Quliyev Vidadi İsmayıl oğlu

Azərbaycan Respublikası, Naftalan şəhəri.