16 aprel 2024, 15:14

Zahir Aslanovdan, Qəbələ, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz Azərbaycan tarixinə adınızı qızıl hərflərlə yazdırmış Liderimizsiniz. Sizin hakimiyyətiniz dövründə ölkəmiz böyük inkişaf yolu keçmiş, regionun lider dövlətinə çevrilmişdir.

"Təhsil millətin gələcəyidir" şüarını hər zaman yüksəkdə tutaraq, bizim gələcəyimiz olan uşaqlar üçün gözəl layihələr həyata keçirərək, onları sevindirirsiniz. Bu sevincdən bizə də böyük bir pay düşdü. Bum qəsəbə tam orta məktəbinin qəzalı vəziyyətdə olan binasının yerində müasir tələblərə cavab verən möhtəşəm bir məktəb binası tikildi. Siz yeni məktəb binasının açılışında iştirak edərək bir daha sübut etdiniz ki, hər zaman xalqın yanındasınız.

Cənab Prezident, mən, Bum qəsəbə ağsaqqalları adından Sizə öz dərin minnətdarlığımı bildirir, möhkəm cansağlığı, çətin və şərəfli işinizdə müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

Aslanov Zahir Aslan oğlu,

Azərbaycan Respublikası, Qəbələ rayonu, Bum qəsəbəsi.