16 aprel 2024, 13:44

Gülşən Məmmədəliyevadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Gəncə şəhərinə növbəti səfəriniz hər zaman olduğu kimi bizi çox sevindirdi. Şəhərimizə göstərmiş olduğunuz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Sizin qədim Gəncəyə hər səfəriniz yeniliklərlə yadda qalır. Budəfəki səfər çərçivəsində açılışını etdiyiniz Gəncə İdman Sarayı, tikintisi ilə tanış olduğunuz Ekoloji Park Kompleksi və təməlini qoyduğunuz Gəncə şəhər stadionu bizim üçün çox əlamətdar işlərdir.

Əminik ki, bütün bunlar şəhərimizin daha da yaxşılaşmasına və davamlı inkişafına mühüm töhfələr verəcək.

Hörmətlə,

Məmmədəliyeva Gülşən

Azərbaycan Respublikası, Gəncə şəhəri.