15 aprel 2024, 17:59

Əli Heydər Atlamadan, Kahramanmaraş, Türkiyə

Hörmətli İlham Əliyev!

Sizə Kahramanmaraşdan xeyirli günlər diləyirəm.

Kahramanmaraşa verdiyiniz dəstəyə görə Sizə çox təşəkkür edirəm. Siz bizi çox sevindirdiniz. Baş vermiş zəlzələ nəticəsində mənim iş yerim dağılmışdı. Sizin sayənizdə hazırda layihə meydanında iş yerim yenidən qurulmaqdadır.

Allah gücünüzü, qüvvətinizi əskik etməsin. Allah Azərbaycan xalqına və Türkiyə xalqına bir daha pis gün qismət etməsin.

Nə vaxtsa şəhərimizə gəlsəniz Sizin qulluğunuzda durmaqdan qürur duyaram.

Hörmətlə,

Əli Heydər Atlama

Türkiyə Respublikası, Kahramanmaraş şəhəri.