12:14
Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:
Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı...
29 aprel 2024, 12:14Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 14-cü bəndlərini rəhbər tutaraq qərara alır:
“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 10, maddə 836 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
1. Preambuladan “yaxın” sözü çıxarılsın.
2. 1-ci maddə üzrə:
2.1. 1.0.1-ci maddədən “yaxın” sözü çıxarılsın və həmin maddədə “şamil edildiyi” sözləri “4-cü maddəsində göstərilən” sözləri ilə əvəz edilsin;
2.2. 1.0.2-ci maddədə “bir yerdə yaşadığı ailə üzvünün, yaxın qohumunun, qanuni nikahda olmadığı və ya əvvəllər birgə yaşadığı şəxsin ona” sözləri “bu Qanunun 4-cü maddəsində göstərilən şəxslərin birinin digərinə” sözləri ilə əvəz edilsin;
2.3. 1.0.3 – 1.0.6-cı maddələrdə “şamil edildiyi” sözləri “4-cü maddəsində göstərilən” sözləri ilə əvəz edilsin;
2.4. 1.0.8-ci maddədə “şəxslərə” sözü “şəxslərin müvəqqəti sığınacaqla təmin edilməsi, habelə onlara” sözləri ilə əvəz edilsin.
3. 4-cü maddə üzrə:
3.1. 4.0.1-ci maddəyə “habelə” sözündən əvvəl “ərin və arvadın yaxın qohumlarına,” sözləri əlavə edilsin;
3.2. 4.0.4-cü maddədən “yaxın” sözü çıxarılsın.
4. 7-ci maddə üzrə:
4.1. 7.0.1-ci maddəyə “dövlət vəsaiti hesabına” sözlərindən sonra “hüquqi yardımla,” sözləri əlavə edilsin;
4.2. 7.0.4-cü maddədən “və ailədə münasibətlərin bərpa olunmasına” sözləri çıxarılsın;
4.3. 7.0.6-cı maddədə “əziyyət çəkən” sözləri “zərər çəkmiş şəxsə və onun” sözləri ilə əvəz edilsin.
5. 8-ci maddə üzrə:
5.1. 8.0.7-ci maddədə “əziyyət çəkən” sözləri “zərər çəkmiş” sözləri ilə əvəz edilsin və həmin maddəyə “müdafiəsi” sözündən sonra “, o cümlədən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 72-ci maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda, uşağın valideynlərdən (onlardan birindən) və ya onu qəyyumluğa (himayəyə) götürmüş şəxslərdən təcili olaraq alınması” sözləri əlavə edilsin;
5.2. 8.0.8-ci maddədən “və ailə münasibətlərinin bərpa olunmasına” sözləri çıxarılsın;
5.3. aşağıdakı məzmunda 8.0.12-1-ci maddə əlavə edilsin:
“8.0.12-1. məişət zorakılığının qarşısının alınması üzrə bu Qanunda nəzərdə tutulmuş tədbirlərin monitorinqini və əlaqələndirilməsini təmin etmək;”.
6. 9-cu maddə üzrə:
6.1. 9.0-cı maddəyə “qərarlardan biri” sözlərindən sonra “və ya bir neçəsi” sözləri əlavə edilsin;
6.2. 9.0.1-ci və 9.0.2-ci maddələrdən “ilə bağlı hərəkətlər” sözləri çıxarılsın;
6.3. 9.0.5-ci maddəyə “sığınacaqla” sözündən əvvəl “müvəqqəti” sözü əlavə edilsin.
7. 10-cu maddə üzrə:
7.1. 10.1-ci maddədə “verilə bilər” sözləri “verilir” sözü ilə əvəz edilsin;
7.2. 10.2-ci maddədə “edilə bilər” sözləri “edilir” sözü ilə əvəz edilsin;
7.3. 10.3-cü maddədə “10.1-ci” sözləri “10.2-ci” sözləri ilə, “aşağıdakılar nəzərdə tutula bilər” sözləri “aşağıdakılardan biri və ya bir neçəsi göstərilir” sözləri ilə əvəz edilsin.
8. 11-ci maddə üzrə:
8.1. 11.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“11.1. Məişət zorakılığı törətmiş şəxsin hərəkətləri nəticəsində zərər çəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulduqda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən məişət zorakılığı törətmiş şəxsə məişət zorakılığının təkrarlanmaması barədə yazılı xəbərdarlıq edilir və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilir.”;
8.2. 11.2-ci maddə üzrə:
8.2.1. birinci cümlədə “30” rəqəmləri “60” rəqəmləri ilə əvəz edilsin;
8.2.2. ikinci cümləyə “edilməsindən” sözündən sonra “və qısamüddətli mühafizə orderinin verilməsindən” sözləri əlavə edilsin;
8.3. 11.3-cü maddədən “ilə bağlı hərəkətlər” sözləri çıxarılsın və həmin maddəyə “şəxsin” sözündən sonra “xəbərdarlığa və” sözləri əlavə edilsin.
9. 12-ci maddə üzrə:
9.1. 12.1-ci maddədən “ilə bağlı hərəkətləri” sözləri çıxarılsın və həmin maddəyə “xəbərdarlığa” sözündən sonra “və qısamüddətli mühafizə orderinin tələblərinə” sözləri əlavə edilsin;
9.2. 12.2-ci maddənin birinci cümləsində “30” rəqəmləri “60” rəqəmləri ilə, “müddətinə” sözü “müddətinədək” sözü ilə əvəz edilsin.
10. 14-cü maddə üzrə:
10.1. 14.0.4-cü maddəyə “şəxslərin” sözündən sonra “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada” sözləri əlavə edilsin;
10.2. aşağıdakı məzmunda 14.0.6-1-ci maddə əlavə edilsin:
“14.0.6-1. qısamüddətli və uzunmüddətli mühafizə orderlərinin icrasının həyata keçirilməsi;”;
10.3. 14.0.7-ci maddədən “ilə bağlı hərəkətləri” sözləri çıxarılsın.
11. Aşağıdakı məzmunda 16.2.4-1-ci və 19-1-ci maddələr əlavə edilsin:
“16.2.4-1. ümumi, peşə, orta ixtisas və ali təhsil pillələrində tədris olunan müvafiq fənn və dərsdənkənar məşğələlərin məzmununa təhsilalanların yaş xüsusiyyətləri nəzərə alınmaqla, qarşılıqlı hörmət, qarşılıqlı yardım, mübahisələrin qeyri-zorakı yollarla həlli, gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzuların daxil edilməsi;”;
“Maddə 19-1. Məişət zorakılığının qarşısının alınması sahəsində tədbirlərin monitorinqi və əlaqələndirilməsi
19-1.1. Məişət zorakılığının qarşısının alınması sahəsində hüquqi, sosial xarakterli və qabaqlayıcı tədbirlərin monitorinqi və əlaqələndirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanları tərəfindən həmin tədbirləri həyata keçirən dövlət orqanlarının nümayəndələrindən ibarət monitorinq və əlaqələndirmə qrupları yaradılır. Həmin qrupların fəaliyyətinə qeyri-hökumət təşkilatlarının nümayəndələri, mütəxəssislər və ekspertlər də cəlb oluna bilərlər.
19-1.2. Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
19-1.3. Müvafiq icra hakimiyyəti orqanı monitorinq və əlaqələndirmə qruplarına metodoloji dəstək göstərir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 fevral 2024-cü il
Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:
Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı...
29 aprel 2024, 12:14Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:
Rasim Vaqif oğlu Hüseynov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra...
29 aprel 2024, 12:12Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul...
29 aprel 2024, 12:10Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu (Azərbaycan...
29 aprel 2024, 12:08Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1....
29 aprel 2024, 12:06Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar...
29 aprel 2024, 12:04Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 15-ci, 16-cı və 20-ci bəndlərini rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan...
29 aprel 2024, 12:02Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...
29 aprel 2024, 12:00Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Antoni Blinken, ilk növbədə, Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma...
28 aprel 2024, 22:34Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq, “Kosmik fəaliyyət haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 927-VIQ...
27 aprel 2024, 14:49