15 aprel 2024, 13:30

İftixar Hüseynovdan, Hyuston, ABŞ

Hörmətli cənab Prezident.

Sizə Amerika Birləşmiş Ştatlarının Texas ştatının Hyuston şəhərindən yazıram. Artıq bir müddətdir Hyuston şəhərində neft şirkətində işləyirəm. Sizin 2011-ci il 29 noyabr tarixli Fərmanınız əsasında yaradılmış Bakı Ali Neft Məktəbinin 2018-ci il məzunuyam. Ölkəmizdə təhsili hər kəs üçün əlçatan etdiyiniz və bu sahəni müasir tələblərə cavab verən texnologiya ilə təmin etdiyiniz üçün Sizə çox minnətdaram.

Onu da deyim ki, Azərbaycandakı təhlükəsizlik, əmin-amanlıq buradan qat-qat yüksəkdir. Xalqımıza firavan həyat bəxş etdiyiniz üçün çox sağ olun.

Hörmətlə,

İftixar Hüseynov

Amerika Birləşmiş Ştatları, Hyuston şəhəri.