15 aprel 2024, 15:11

Seymur Əliyevdən, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident!

Azərbaycan xalqı Sizin ətrafınızda birləşərək Vətən müharibəsi zamanı və antiterror tədbirlərində böyük qəhrəmanlıq göstərdi.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, göstərdikləri qəhrəmanlıq nəticəsində bu gün doğma Qarabağımızda qururuq, yaradırıq. Geniş quruculuq işləri ürəyimizi fərəhləndirir. Sizin sayənizdə artıq keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdırlar.

Azərbaycan öz fəaliyyətində beynəlxalq hüquqa əsaslanır. Ölkəmizin xarici siyasət uğurları göz önündədir. Böyük tarixi Zəfərimizin əldə olunmasında ölkəmizin beynəlxalq nüfuzu, ədalətə və beynəlxalq hüquqa söykənən fəaliyyəti, münaqişənin həlli ilə bağlı möhkəm hüquqi bazanın yaradılması mühüm rol oynadı.

Cənab Prezident, Siz Azərbaycan xalqına Zəfər sevinci yaşatdınız. Buna görə xalqımız Sizə minnətdardır.

Çox sağ olun, cənab Prezident!

Hörmətlə,

Əliyev Seymur Məhərrəm oğlu

Azərbaycan Respublikası, Şirvan şəhəri.