09 aprel 2024, 18:14

Nemət Əsədovdan, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin prezidentliyiniz dövründə yetişən igid, vətənpərvər gənc nəslimiz bir an belə göz qırpmadan doğma Qarabağımızı azad etdi.

İşğaldan azad olunmuş ərazilərimiz bu gün əsl tikinti meydanıdır, gündən-günə qurulur, abadlaşır, gözəlləşir. Bütün bunlar dövlətimizin iqtisadi qüdrətini göstərir.

Cənab Prezident, Sizə dərin minnətdarlığımı bildirir, möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Ulu Tanrı Sizi və xalqımızı qorusun!

Hörmətlə,

Əsədov Nemət Əsəd oğlu.

Azərbaycan Respublikası, Şirvan şəhəri.