02 aprel 2024, 16:46

Mübariz Allahverdiyevdən, Bakı, Azərbaycan

Çox hörmətli Mehriban xanım.

Sizin də möhtəşəm dəstəyinizlə torpaqlarımızın işğaldan azad edilməsi nəticəsində cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin son 32 ildə ilk dəfə Xankəndi şəhərində dünyaya işıq saçan ilaxır çərşənbə ocağını alovlandırması münasibətilə Sizi Xocalının bir qrup şəhid ailəsi adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Biz xocalılılar bütün sahələrdə Sizin diqqət və qayğınızı daim hiss edir, buna görə Sizə dərin təşəkkürümüzü, səmimi minnətdarlığımızı bildiririk.

Sizi qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirik.

Bir qrup xocalılı ailə adından dərin hörmət və ehtiramla,

Allahverdiyev Mübariz Qasım oğlu, Birinci Qarabağ müharibəsi veteranı, Azərbaycan Tibb Universitetinin professoru.

Azərbaycan Respublikası, Bakı şəhəri.