İlham Əliyev Xorvatiya Baş nazirinin birinci müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

30 oktyabr 2014, 14:05
İlham Əliyev Xorvatiya Baş nazirinin birinci müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Xorvatiya Respublikası Baş nazirinin birinci müavini, xarici və Avropa işləri üzrə naziri Vesna Pusiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan ilə Xorvatiya arasında son illər ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə dinamik inkişafından məmnunluq ifadə olundu, enerji sahəsində əməkdaşlıq üçün yaxşı imkanların olduğu bildirildi və bu baxımdan “Cənub” qaz dəhlizinin əhəmiyyəti vurğulandı. 

Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı. 

SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00