İlham Əliyev Qubada Qırmızı qəsəbənin sakinləri ilə görüşmüşdür
Prezident İlham Əliyev Qusara səfəri çərçivəsində yolüstü Qubanın Qırmızı qəsəbəsində yəhudi icmasının nümayəndələri ilə görüşmüşdür. Qəsəbə sakinləri dövlətimizin başçısını səmimiyyətlə qarşıladılar. Sakinlər: Xoş gəlmisiniz, cənab Prezident. Qəsəbəmizə hər gəlişiniz bizdə fərəh hissi doğurur. Çox sağ olun ki, bizi yaddan çıxarmırsınız. Hər dəfə buradan keçəndə bizimlə görüşürsünüz. Qəsəbəmiz gözəlləşir, daha da gözəl olacaq, yaraşıqlı evlər tikilir. Bir daha “Xoş gəlmisiniz” deyirik. Prezident İlham ƏLİYEV: Çox sağ olun, mən hər dəfə buradan keçəndə sizinlə görüşürəm. Bu dəfə də ənənəni pozmadım. Qəsəbəniz gözəlləşir. Sakin: Sizin sayənizdə, cənab Prezident. Dünən Belçikada idiniz, bu gün buradasınız. Allah Sizi qorusun. Prezident İlham ƏLİYEV: Bəli, dünən çox vacib görüşlər oldu. Bu gün buradayam. Bu gün Qusarda yeni xəstəxananın açılışında iştirak etdik. İndi sizin qəsəbənin hər iki tərəfində xəstəxana vardır. Həm Qubada, həm də Qusarda. Buradan Qusara 10-15 dəqiqəlik yoldur. Yeni xəstəxana həm də sizə xidmət göstərəcəkdir. Orada bütün müasir diaqnostika avadanlığı vardır. Sizə də məsləhət görürəm ki, gedib müayinə olunasınız. Sakin: Quba Mərkəzi Xəstəxanası da yaxşı işləyir, yüksək səviyyədə təmir olunub. Burada da xidmət yaxşıdır. Prezident İlham ƏLİYEV: Qəsəbədə qazla bağlı vəziyyət necədir? Sakinlər: Əladır. Hər şey əladır. Suyumuz da var. Prezident İlham ƏLİYEV: İndi su layihəsi icra edilir, Qusarda da, burada da. Kanalizasiya xətləri də çəkiləcəkdir. Keçən dəfə körpü məsələsi qaldırılmışdı. Göstəriş vermişəm, körpünün tikintisi məsələsi bu ilin investisiya proqramında vardır. İndi Nəqliyyat Nazirliyində onun layihəsi hazırlanır. Bu il tikintisinə başlayacaqlar. Sakin: Çox gözəl olar, qədim körpüdür, Qubanın rəmzidir. Gəlib baxıblar. Dedilər ki, bu körpüdən maşın da işləyəcəkdir. Prezident İlham ƏLİYEV: Mən tapşırıq verdim elə tiksinlər ki, avtomaşın da işləsin. Bir halda ki, tikilir, elə tiksinlər avtomaşın da keçə bilsin. Daha nə istəyiniz var, mənə deyin. Sakinlər: Sizə cansağlığı, uzun ömür arzulayırıq. Allah Sizi qorusun. Bu il açılışa gələrsiniz, inşallah. Onda burada deyil, evimizdə görüşərik. Prezident İlham ƏLİYEV: İndi orada - dağlarda işlər gedir. Tez-tez gəlməli olacağam. Odur ki, tez-tez görüşəcəyik. Sakinlər: İnşallah! Allahın köməyi ilə. Təki sağlıq olsun. Sizinlə görüşmək çox xoş oldu. Prezident İlham ƏLİYEV: Sağ olun. X X X Sonda xatirə şəkili çəkdirildi. ![]()
XƏBƏRLƏR
17 may 2012, 12:50
İlham Əliyev Özbəkistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir
16 may 2012, 13:00
İlham Əliyev Daxili İşlər Nazirliyinin “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzinin açılışında iştirak etmişdir
15 may 2012, 23:45
İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatmışdır
15 may 2012, 23:45
İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri
15 may 2012, 23:30
İlham Əliyev Moldova Prezidenti Nikolaye Timofti ilə görüşmüşdür
15 may 2012, 23:00
İlham Əliyevin və Qırğızıstan Prezidenti Almazbek Atambayevin görüşü olmuşdur
digər xəbərlər... Please install Flash Player
© 2010-2012 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur. |
||||||