İlham Əliyev Brüsseldə NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşmüşdür
Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşmüşdür. NATO-nun baş katibi dövlətimizin başçısını Alyansın mənzil-qərargahının önündə böyük səmimiyyətlə qarşıladı.
Sonra Prezident İlham Əliyev və Anders Foq Rasmussen Azərbaycanın və NATO-nun bayraqları önündə şəkil çəkdirdilər. Azərbaycan-NATO tərəfdaşlığını yüksək qiymətləndirən baş katib ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik etdi. NATO-nun Fərdi Tərəfdaşlığın Əməliyyat Planının təsdiq olunmasının Azərbaycan-NATO əməkdaşlığının genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edən baş katib ölkəmizin antiterror koalisiyası çərçivəsində Əfqanıstanda sülhyaratma əməliyyatlarında fəal iştirakına görə təşəkkür etdi.
Anders Foq Rasmussen Azərbaycan-NATO əlaqələrinin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə etdi. Dövlət başçısı qeyd etdi ki, ölkəmiz NATO-Azərbaycan tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi üçün bundan sonra da səylərini artıracaqdır. Prezident İlham Əliyev Azərbaycanın Avratlantik strukturlara inteqrasiya istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcəyini söylədi. Dövlət başçısı Əfqanıstanda həyata keçirilən sülhyaratma əməliyyatlarında NATO ilə Azərbaycanın sıx əməkdaşlıq etdiyini vurğuladı. Prezident İlham Əliyev Azərbaycan ilə NATO arasında etibarlı tərəfdaşlıq əlaqələrinin bundan sonra genişlənəcəyinə əminliyini bildirdi. ![]()
XƏBƏRLƏR
17 may 2012, 12:50
İlham Əliyev Özbəkistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir
16 may 2012, 13:00
İlham Əliyev Daxili İşlər Nazirliyinin “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzinin açılışında iştirak etmişdir
15 may 2012, 23:45
İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatmışdır
15 may 2012, 23:45
İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri
15 may 2012, 23:30
İlham Əliyev Moldova Prezidenti Nikolaye Timofti ilə görüşmüşdür
15 may 2012, 23:00
İlham Əliyevin və Qırğızıstan Prezidenti Almazbek Atambayevin görüşü olmuşdur
digər xəbərlər... Please install Flash Player
© 2010-2012 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur. |
||||||