İlham Əliyev Davosda “Avrasiyanın gələcəyi” sessiyasında iştirak etmişdir
Davosda “Avrasiyanın gələcəyi” adlı sessiya keçirilmişdir. Prezidenti İlham Əliyev sessiyada iştirak etmişdir. İsveçrənin Davos şəhərində 42-ci Dünya İqtisadi Forumunun illik toplantısında müasir dövrün siyasi-iqtisadi problemlərinin, eləcə də qlobal inkişafın doğurduğu əsas problemlərin həlli üçün işgüzar tərəfdaşlığın genişlənməsi ilə bağlı məsələlər müzakirə olundu. Toplantıda 100-dən artıq ölkədən 2500-dən çox nümayəndə, o cümlədən dövlət və hökumət başçıları, eləcə də tanınmış şirkətlərin təmsilçiləri, iqtisadçılar, alimlər, ekspertlər, beynəlxalq təşkilatların və KİV-lərin rəhbərləri iştirak etmişlər. Forum çərçivəsində “Avrasiyanın gələcəyi” adlı sessiya keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev sessiyada çıxış etdi. Dövlət başçısı ölkəmizin keçdiyi tarixi inkişaf yolundan, demokratik ənənələrə söykənən dövlətçilik tarixindən danışdı, bildirdi ki, Şərqdə ilk demokratik respublika məhz Azərbaycanda 1918-ci ildə yaradılıb. Prezident İlham Əliyev ölkəmizin XX əsrin sonlarında müstəqilliyini yenidən bərpa etdiyini bildirdi, 20 il ərzində Azərbaycanda dövlət quruculuğu, demokratiyanın təmin olunması, siyasi-iqtisadi sahələrdə görülən işlərə, ictimai-siyasi sabitlik və digər məsələlərə toxundu. Azərbaycan Prezidenti diqqətə çatdırdı ki, son illər ölkəmizdə ictimai-siyasi sabitliyin təmin olunması və demokratiyanın inkişafında böyük addımlar atılıb. Azərbaycanın zəngin enerji ehtiyatlarına malik olduğunu vurğulayan dövlət başçısı bu gün respublikamızın Avropanın enerji təhlükəsizliyinin təmin olunması işində fəal iştirak etdiyini və bu sahədə böyük nailiyyətlər qazanıldığını, həmçinin əlverişli coğrafi-siyasi məkanda yerləşən ölkəmizin beynəlxalq aləmdə regional əməkdaşlığa mühüm töhfələr verdiyini də bildirdi. Azərbaycanın beynəlxalq nüfuzunun durmadan artdığını qeyd edən Prezident İlham Əliyev dedi ki, ölkəmizdə bu gün qeyri-neft sektoruna da böyük diqqət yetirilir. Dövlət başçısı ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları, sənayeləşdirmə və digər sahələrin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən işlərdən danışdı. Prezident İlham Əliyev dedi ki, dünyada baş verən maliyyə böhranına baxmayaraq, Azərbaycanda dinamik inkişafın və iqtisadiyyatın çoxşaxəliliyinin təmin olunmasında böyük işlər görülmüşdür. Prezident İlham Əliyev Azərbaycanda təhsilin inkişafına dövlət səviyyəsində göstərilən diqqəti də qeyd etdi. Azərbaycanın qarşısında bütün sahələrin inkişafı ilə əlaqədar mühüm vəzifələrin durduğunu bildirən dövlət başçısı ölkəmizin bu istiqamətdə səylərini davam etdirəcəyinə və yeni uğurlara nail olacağına əminliyini bildirdi.
Sessiyada, eyni zamanda, Ukrayna Prezidenti Viktor Yanukoviç və Rusiyanın VTB Bankının prezidenti Andrey Kostin də çıxış etdilər. ![]()
XƏBƏRLƏR
21 fevral 2012, 17:10
İlham Əliyev Bakıda xalq qəhrəmanı Koroğlunun abidəsinin açılışında iştirak etmişdir
20 fevral 2012, 14:00
İlham Əliyev Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin nümayəndə heyətini qəbul etmişdir
18 fevral 2012, 17:20
İlham Əliyev Fransanın nəqliyyat nazirini və Fransa Prezidentinin diplomatiya məsələləri üzrə müşavirini qəbul etmişdir
17 fevral 2012, 18:20
İlham Əliyev “Şahdağ” Qış-Yay Turizm Kompleksinin tikintisinin birinci mərhələsi üzrə tamamlama işləri ilə tanış olmuşdur
16 fevral 2012, 22:10
İlham Əliyevin Qusar rayonuna səfəri
16 fevral 2012, 22:00
İlham Əliyev Qubada Qırmızı qəsəbənin sakinləri ilə görüşmüşdür
digər xəbərlər... Please install Flash Player
© 2010-2011 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur. |
||||||